Xəbər lenti

Dövlət İdarəçilik Akademiyasına yeni dekan təyin olundu
Ölkə17:55 19.09.2022

Dövlət İdarəçilik Akademiyasına yeni dekan təyin olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (ARPDİA) "Siyasi idarəetmə" fakültəsinə yeni dekan təyin olunub.
"Report"un xəbərinə görə, fakültəyə s.e.f.d, dosent Murtəza Həsənov rəhbərlik edəcək.
Qeyd edək ki, M.Həsənov Biləsuvar rayonunda anadan olub. O, Türkiyənin Qazi Universitetinin "İqtisadi və idarəetmə elmləri" fakültəsinin, eyni zamanda həmin ali təhsil ocağının magistr pilləsi üzrə "Dövlət idarəçiliyi və siyasi elmlər" proqramının məzunudur.
M.Həsənov həmçinin Qazi Universitetində doktorantura pilləsində təhsil alarkən müəllim kimi də işləyib. Daha sonra tədris fəaliyyətini Dövlət İdarəçilik Akademiyasında davam etdirib.