Xəbər lenti

Dövlət Komitəsi ana olan 13 yaşlı qızla bağlı araşdırmalara başladı (YENİLƏNİB)
Ölkə05:42 07.09.2022

Dövlət Komitəsi ana olan 13 yaşlı qızla bağlı araşdırmalara başladı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı şəhərində yeniyetmə qızın ana olması ilə bağlı məlumatlara münasibət bildirib.
Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu "Report"un sorğusuna cavab olaraq bildirib ki, 13 yaşlı qızın ana olması ilə bağlı məlumat araşdırılır.
Onun sözlərinə görə, hadisə ilə bağlı aidiyyatı qurumlarla birlikdə araşdırmalara başlanılıb.
T.Mərdanoğlu bildirib ki, fakt öz təsdiqini tapacağı təqdirdə məsələyə hüquqi qiymət veriləcək.

09:52
Bakıda 13 yaşlı qız dünyaya uşaq gətirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
Birlik sədri ona zəng olunduğunu deyib:
"Mənə zəng vurdu, dedi ki, Kəmalə xala, 13 yaşım var, təcavüzdən uşağım doğulub. Qız dünən uşağı ev şəraitində dünyaya gətirib. Xəstəxanaya yerləşdirilib. Doğulan uşaq sağdır, 13 yaşlı ana isə sığınacağımıza yerləşməyini xahiş edir”.
Bahar Rüstəmli