Xəbər lenti

Dövlət Nəqliyyat Xidmətində yoxlamalar başladı
Ölkə11:49 28.02.2025

Dövlət Nəqliyyat Xidmətində yoxlamalar başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlamalara başlanıb.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Naxçıvan Dövlət Nəqliyyat Xidməti” Publik Hüquqi Şəxsində yoxlamalar həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib ki, "Naxçıvan Dövlət Nəqliyyat Xidməti” Publik Hüquqi Şəxsinin fəaliyyət dövrü üzrə iş planına uyğun olaraq, aidiyyəti dövlət orqanı tərəfindən kənar dövlət maliyyə nəzarəti tədbiri təşkil edilib.