Xəbər lenti

Dövlət Xəzinədarlıq Agentliyinin sabiq direktoru yeni vəzifəyə təyin olundu
Ölkə16:05 17.04.2026

Dövlət Xəzinədarlıq Agentliyinin sabiq direktoru yeni vəzifəyə təyin olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin sabiq direktoru Nazim Qasımzadə yeni vəzifəyə təyinat alıb.
Qaynarinfo-nun İqtisadiyyat.az-a istinadən məlumatına görə, o, kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış "B&B Security"nin Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunub.
Xatırladaq ki, N.Qasımzadə 2009-cu ildən Dövlət Xəzinədarlıq Agentliyində müxtəlif vəzifələrdə işləyib. O, 2022-ci ildən Agentliyin direktoru vəzifəsində çalışıb və bu ilin yanvarında vəzifəsindən azad olunub.
Qeyd edək ki, "B&B Security" 2019-cu ildən kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərir və istənilən biznesin kibertəhdidlərə qarşı dayanıqlığını artırmaq üçün kibertəhlükəsizlik həlləri təqdim edir.