Xəbər lenti

Dövlət Xidməti “İndigo” şirkətinə 265 minlik tender verdi
Ekonomiks 17:48 24.07.2023

Dövlət Xidməti “İndigo” şirkətinə 265 minlik tender verdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi biletlərin hazırlanması üzrə mətbəə-çap işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "İndigo” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 265.500 AZN-dir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "İndigo” MMC 22 sentyabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 4 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Rəsul Rza küçəsi, ev 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abdullayev Riad Fuad oğludur.

"İndigo” MMC 2021-ci ildə şirkətdə baş verən ölüm hadisəsi ilə gündəmə gəlib. Həmin vaxt yayılan məlumatlarda bildirilir ki, mətbəənin Xəyyam Təhməzov adlı işçisi hidravlik pressin arasında qalması nəticəsində ölüb.

Məlumatlarda o da qeyd edilirdi ki, "İndigo” MMC keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində hərbi əks-kəşfiyyat idarəsinin rəisi vəzifəsində çalışmış Nizami Şirinova məxsusdur. 

Ümumiyyətlə isə, "İndigo” MMC-nin 3 payçısı olduğu iddia edilir. Payçılardan biri Salahov Tariel Aftandil oğlu, digəri, "Halal” MMC, üçüncüsü isə Nizami Şirinovdur. 

İddialara görə, Nizami Şirinov əvvəllər "Halal” MMC-də işləyib. Daha sonra "İndigo”nu yaradıb. Bu məsələdə Eldar Mahmudovun ona dəstəyi olub. Bu baxımdan, şirkət həm də Eldar Mahmudovun hesab edilir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->