Xəbər lenti

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə 17 il həbs cəzası verildi
Ölkə14:07 22.11.2022

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə 17 il həbs cəzası verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimova hökm oxunub və o, 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qeyd edək ki, S.Səlimov ötən ilin oktyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.