"Bu gün abort etdirən qadınların 90%-i oğlan uşağı istəyir”.
Bunu Qaynarinfo-ya açıqlamasında mama-ginekoloq Təranə Fətəliyeva 2022-ci ildə doğuş və abort sayları ilə bağlı statistikdan danışarkən deyib.
Həkim bildirib ki, hamilə qadınlar müayinə zamanı bətnindəki uşağın cinsinin qız olduğunu bilən anda dərhal hamiləliyini dayandırmaq qərarı verirlər: "Soruşanda deyirlər ki, qız uşağı istəmirik”.
Təranə Fətəliyeva sosial vəziyyətlə bağlı hamiləliyini dayandıran anaların sayının çox az olduğunu vurğulayıb: "İndi qoruyucular var, hamiləliyin qarşısını almaq üçün bundan sitifadə edirlər”.
Qeyd edək ki, 2022-ci ilin doğuş (ölü doğuşla birlikdə) və abort etdirən qadənların asyı açıqlanıb. Statistikya görə, 121 min doğuş (ölü doğuşla birlikdə), 58 min abort olunub.
Bahar Rüstəmli