Xəbər lenti

Doğuşdan sonra körpənin ölümündə təqsirləndirilən həkimə hökm oxundu
Ölkə 14:40 10.09.2025

Doğuşdan sonra körpənin ölümündə təqsirləndirilən həkimə hökm oxundu

Saatlı Rayon Mərkəzi Xəstəxanasında körpənin doğuşdan sonra ölməsi ilə bağlı açılan cinayət işi çərçivəsində məsuliyyətə cəlb edilən Ginekologiya və doğum şöbəsinin müdiri Könül Xudatovaya hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, Saatlı Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə mühakimə edilən Könül Xudatovaya 2 il müddətinə məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Şöbə müdirinə əlavə cəza da verilib. O, əlavə cəza kimi bir il müddətinə dövlət və özəl tibb müəssisələrinin ginekologiya və doğum şöbələrində rəhbər vəzifə tuta və mama-ginekoloq fəaliyyəti ilə məşğul ola bilməz.

İş materiallarında aydın olur ki, zərərçəkmiş A.İbrahimova ikinci doğuş üçün Saatlı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Doğuş uğurlu keçib və onun qız övladı dünyaya gəlib. Həkimlər uşağın səhhətində heç bir problemin olmadığını bildirib. Lakin sonradan A.İbrahimovaya övladının öldüyü deyilib. 

Faktla bağlı başlanan cinayət işinin ibtidai istintaqı zamanı körpənin ağciyər-ürək çatışmazlığı səbəbindən öldüyü müəyyən edilib. Bu, Könül Xudatovanın məsuliyyətsizliyi qiymətləndirilib. 

Könül Xudatova isə məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilməyib və barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını xahiş edib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->