
Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında "Elm haqqında" qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Qaynarinfo.az azvision.az-a istinadən xəbər verir ki, layihə barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. Bildirib ki, layihə 7 fəsil, 40 maddədən ibarətdir.
Komitə sədri qeyd edib ki, qanun layihəsinə yeni bənd əlavə edilib.
Əlavəyə görə, dövlət doktorantların təhsil haqlarının və təhsillə bağlı digər xərclərinin ödənilməsinə uzunmüddətli və güzəştli kreditlər verilməsini təmin edəcək və təhsilalanın əmək fəaliyyətinə başladıqdan sonra kredit borclarını ödəmə mexanizmini müəyyənləşdirir, həyata keçirilməsinə şərait yaradacaq.
Müzakirələrdən sonunda qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Qaynarinfo.az