Xəbər lenti

Doktoranturaya qəbul nə vaxt başlayır?
Ölkə10:44 11.11.2013

Doktoranturaya qəbul nə vaxt başlayır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Akif Əlizadə: “Bu il yerlərin sayında artım var”

“Azərbaycan Milli ELmlər Akademiyasında doktoranturaya qəbul 10 gün ərzində elan olunacaq”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AMEA prezidenti Akif Əlizadə deyib.

A.Əlizadə qeyd edib ki, qəbulla bağlı materiallar artıq AMEA-ya daxil olub və ən uzağı 10 gün müddətinə qədər elan veriləcək: “Bu il yerlərin sayında artım var. Doktoranturaya qəbul müsabiqəsinin əvvəlki illərdən daha geniş formada keçiriləcəyini  güman edirik. Əsasən də seçimdə bizim yanaşmamız bu il bir qədər yeni olacaq”.

Qaynar.info