Xəbər lenti

Dollar 1.05 manata yaxınlaşdı
Ölkə04:46 25.05.2015

Dollar 1.05 manata yaxınlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, dolların məzənnəsində bahalaşma qeydə alınıb. 1 ABŞ dolları 1.0486-dan 1.0493 AZN-ə yüksəlib.
Avronun məzənnəsində də dəyişiklik qeydə alınıb. Avropanın vahid valyutası 1.1662-dən 1.1529-a qədər ucuzlaşıb. 
Rusiya rublunun kursunda da dəyişiklik müşahidə edilib. 1 rublun dəyəri 0.0211-dən 0.0210 manata qədər azalıb. 
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Qaynar.info