Azərbaycan Mərkəzi Bankı (AMB) xarici valyutaların avqustun 14-nə olan məzənnələrini açıqlayıb. Qaynar.info xəbər verir ki, bu gün Azərbaycan manatına nisbətdə ABŞ dollarının məzənnəsində dəyişiklik olmayıb.
Belə ki, avqustun 14-nə olan rəsmi məzənnələr bülletenində ölkəmizdə dolların rəsmi məzənnəsi dəyişilməz olaraq 1,0485 manat səviyyəsində qalıb.
Avropa İttifaqının valyutası avro isə 0,0009 manat artaraq 1,1693 manat olub.
Qaynar.info