Xəbər lenti

Dollar dayandı, avro ucuzlaşdı
Ölkə05:27 15.07.2015

Dollar dayandı, avro ucuzlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, avronun məzənnəsi manata nəzərən ucuzlaşıb. Avropanın vahid valyutası 1,1550-dən 1,1546-ya qədər düşüb. 
ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində isə dəyişlik qeydə alınmayıb. Hazırda 1 dollar 1,0492 manata təşkil edir. 
Rus rublunun məzənnəsində cuzi artım qeydə alınıb. Rubl 0,0185-dən 0,0186-ya kimi bahalaşıb. 
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Qaynar.info