Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi uzuclaşıb. Belə ki, ötən gün 1,0478 AZN-ə bərabər olan ABŞ dolları manat qarşısında 1.0477-yə düşüb.
Avronun məzənnəsi isə manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1,1820 manatdan 1,1858-ə yüksəlib.
Rusiya rublunun kursunda da bahalaşama qeydə alınıb. Rubl 0.0189 AZN-dən 0.0194- manata kimi bahalaşıb.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Qaynar.info