Xəbər lenti

Dollar yenidən bahalaşdı
Ölkə05:15 14.07.2015

Dollar yenidən bahalaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, avronun məzənnəsi manata nəzərən ucuzlaşıb. Avropanın vahid valyutası 1,1674-dən 1,1550-ə düşüb. 
ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi isə bahalaşıb. Ötən gün 1,0486 AZN-ə bərabər olan dollar artaraq 1,0492 manata qədər yüksəlib. 
Rus rublunun məzənnəsində cuzi ucuzlaşma qeydə alınıb. Rubl 0,0186-dən 0,0185-ə kimi azalıb. 
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Qaynar.info