
Cəlilabad, Sabirabad, Biləsuvar rayonlarına ciddi ziyan dəyib.
“Axar.az” xəbər verir ki, təxminən bir saat qabaq Aran rayonlarına dolu düşüb.
Dolu nəticəsində Cəlilabad, Sabirabad və Biləsuvar rayonları daha ciddi ziyan görüb. Yerli sakinlərin saytımıza verdiyi məlumata görə Biləsuvarda infrastruktura böyük ziyan dəyib. Maşınlar zədələnib, əkinəcək tələf olub, meyvələr tökülüb.
Rayonda elektrik enerjisi və qaz kəsilib.
Cəlilabadda isə yağış və onun gətirdiyi dolu yollarda sürücülərə böyük çətinlik yaradıb.
Qaynar.info