Xəbər lenti

Dolu İsmayıllıda sakinlərə ziyan vurdu
Ölkə17:34 15.05.2018

Dolu İsmayıllıda sakinlərə ziyan vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsmayıllı rayonunda yağan dolu və leysan yağışı fəsadlar törədib. 
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında İsmayıllı şəhərinə və bir neçə kəndə dolu düşüb.
Təxminin 10 dəqiqə yağan dolunun ardınca isə güclü küləklə müşayiət olunan leysan xarakterli yağış yağmağa başlayıb. Meyvə-tərəvəzə, taxıl sahələrinə ziyan dəyib. Hazırda rayon fövqəladə hallar komissiyası tərəfindən təsərrüfata dəymiş ziyan hesablanır.