
Dünən ABŞ-da prezident seçkilərinin nəticələri açıqlanıb. Respublikaçılar Partiyasının namizədi Donald Tramp ABŞ-ın yeni prezidenti seçilib.Donald Tramp Seçicilər Kollegiyasının 277 səsini, onun demokrat rəqibi Hillari Klinton isə 215-ni toplayıb.
Qaynarinfo.Az seçki kampaniyası zamanında öz çılğınlığı ilə seçilən bəzən isə fikirləri ilə gündəmi dəyişəb Donald Trampın həyat qanunlarını oxuculara təqdim edirik:
Trump: “ABŞ-ın ən əsas problemi daim polit-korrekt olmaq istəyidir”
“Hilları öz ərini təmin edə bilmirdisə, Amerikanı necə təmin edəcək?”
Mən uğursuzları sevmirəm.
Mənim vaxtımın keçdiyini fikirləşənlər, faciəvi səhv buraxırlar.
Mənlə digər namizədlər arasındakı fərq odur ki, mən daha səmimiyyəm, qadınlarımsa daha gözəldir.
Hilları öz ərini təmin edə bilmirdisə, Amerikanı necə təmin edəcək?
Mən bir mənada həm də ona görə cəlbediciyəm ki, varlıyam.
Həmişə arzu etmişəm ki, məni qiymətləndirməsinlər.
Pul məni heç vaxt pul olduğuna görə cəlb etməyib. Mənim üçün o, sadəcə olaraq uğurun ölçüsüdür.
Mən bizneslə sənət kimi məşğul oluram. Kimsə kətan üzərində şəkil çəkir, yaxud şeir yazır. Mənsə müqavilələr imzalayıram – bir qayda olaraq, böyük müqavilələr.
Bəzən ən yaxşı investisiyalar – eləmədəyin investisiyalardır.
Bəziləri deyir ki, mən qızğın oyunçuyam, ancaq həyatımda heç vaxt qızğın oyunlara baş qoşmamışam. Qızğın oyunçular o kəslərdi ki, kazinolarda oyun avtomatlarının həndəvərində dövrə vururlar. Mənsə o avtomatlara sahib olmağı üstün tuturam.
Bəli, mən Meksika ilə sərhəddə nəhəng divar ucaltmaqda qərarlıyam. Heç kim mənim qədər yaxşı və effektiv divar ucalda bilməz, mən onu ucuz qiymətə tikəcəm. Və elə edəcəm ki, divarın pulunu Meksika verəcək. Mənim sözlərimi yadda saxlayın.
Necə yəni, məni Çini sevmirəm? Haçansa bir dəfə mən bir çinliyə 15 milyon dollara mənzil satmışam. Bundan sonra mən bu ölkəni necə sevməyə bilərəm?
Bir baxın görün biz özümüzü İraqda necə aparırıq. Biz məktəblər və yollar tikirik, sonra kimsə o məktəbləri partladır və biz yenisini tikirik, sonra kimsə yolu partladır və biz onu yenidən tikirik. Amma bununla belə, biz Bruklində lənətə gəlmiş bir məktəb tikə bilmirik.
Mənə elə gəlir, biz Beynəlxalq Ticarət Mərkəzinin yeni binasını tikəndə, axmaq-axmaq layihələr fikirləşməkdənsə, eyni binaları tikməyə borclu idik – sadəcə bir mərtəbə əlavə etməklə.
Zənnimcə, ABŞ-ın ən əsas problemi daim polit-korrekt olmaq istəyidir.
Əgər prezident seçilsəm, mağazalarda yenidən Milad təbriklərini görəcəksiniz.
Abortlara qarşı olduğumu bəyan etməkdən məmnunam.
Biz elə bir dünyada yaşayırıq ki, insanlar yaxşı insanın siyasətə bulaşmamalı olduğuna əmindirlər.
Mən barmaqlarımı daim böyük məmnuniyyətlə silkələyirəm. Fikirləşmirəm ki, barmaqlarını silkələməyi sevmədən siyasətçi olmaq olar.
Bəzilərinə elə gəlir barmaqlarım balacadır. Ancaq mənim barmaqlarım uzun və gözəldirlər – bədənimin digər hissələri kimi. Və bunlar diqqətlə sənədləşdirilib.
Mən gözəl qadınları sevirəm, gözəl qadınlar da məni sevir. Bundan hər iki tərəfin məmnun qalması çox yaxşıdır.
İvankanın da (Trampın qızı - Esquire) əla fiqurası var. Əgər o, mənim qızım olmasaydı, onunla görüşməyə başlayardım.
Uşaqları heç vaxt haqq edilməmiş var-dövlətlə yükləmək olmaz. Bu onların həyatını alt-üst edər.
Əgər hələlik düşünmək qabiliyyətimiz varsa, böyük düşünməliyik.
Yaxşı ideya fikirləşib onu həyata keçirməməkdən qəbahətli əməl ola bilməz.
Heç vaxt məzuniyyətə çıxmayın. Əgər işiniz sizi məmnun etmirsə, deməli, lazım olan yerdə işləmirsiz.
Mənim şüarım: ən yaxşıları işə götür, heç birinə də inanma.
Əgər sənin müdirin sadistdirsə, onu qov və özünə yeni iş tap.
Zəfərdən ancaq uğursuzlar həzz alırlar.
Əgər haqsızamsa, mən hər zaman üzr istəyirəm.
Mənbə: Esquire.ru
Tərcümə: Cavid Ramazanlı
Qaynar.info