Xəbər lenti

Dorival Junior istefaya göndərildi
İdman 11:53 29.03.2025

Dorival Junior istefaya göndərildi

Dorival Junior futbol üzrə Braziliya millisi komandasının baş məşqçisi postunu tərk edib.

Qaynarinfo-nun "İnterfaks"a istinadən verdiyi xəbərinə görə, bu barədə Braziliya Futbol Konfederasiyasının (CBF) saytında məlumat verilib.

"Rəhbərlik mütəxəssisə təşəkkür edir və ona gələcək karyerasında uğurlar arzulayır. Bundan sonra CBF ona əvəz axtaracaq", - deyə məlumatda bildirilib.

Dorival Juniorun işdən çıxarılmasına 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Braziliyanın Argentinaya böyükhesablı (1:4) məğlubiyyəti olub. Braziliya hazırda turnir cədvəlində dördüncü yerdədir.

62 yaşlı Junior 2024-cü ilin yanvarında Braziliya millisinin baş məşqçisi vəzifəsinə keçmişdi.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->