Xəbər lenti

Bu gün DOST mərkəzində yaranan problemlə bağlı açıqlama  (YENİLƏNİB)
Ölkə12:58 09.08.2021

Bu gün DOST mərkəzində yaranan problemlə bağlı açıqlama (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu gün səhər saatlarında DOST mərkəzlərində vətəndaşların qəbulunda yaranan qısa fasilə texniki sazlanma işlərinin aparılması ilə bağlı olub". 
Bu barədə Qaynarinfo-ya açıqlamasında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) mətbuat katibi Şahin Əliyev bildirib.
"Qısa müddətdə bu işlər başa çatdırılıb və vətəndaşların qəbulu prosesi əvvəlki qaydada davam etdirilir. 
Qeyd edək ki, DOST mərkəzlərində bayram və istirahət günləri istisna olmaqla hər gün saat 09:00-dan 18:00-dək əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, əlillik, məşğulluq və başqa sahələr üzrə bütövlükdə "bir pəncərə”dən 152 xidmət göstərilir. Xidmətlərdən istifadə edən vətəndaşların məmnunluq səviyyəsi 97%-dən çoxdur"- deyə Ş.Əliyev əlavə edib.
12:25
4 saylı Bakı DOST mərkəzində sistem dayanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə mərkəzdə olan saytımızın əməkdaşı məlumat verib.
O bildirib ki, artıq bir neçə saatdır vətəndaşlar mərkəzə buraxılmır:
"DOST mərkəzinin əməkdaşları isə sistemin proflaktik tədbir görüldüyü üçün nazirlikdən dayandırıldığını deyir. Lakin proflaktik tədbirlə əlaqəli öncədən məlumat verilməyib".
Vətəndaşlar içəri buraxılmadığına görə DOST-un əməkdaşları və mühafizə xidməti arasında ciddi gərginlik yaşanır.
Qeyd edək ki, vətəndaşlarla mərkəzin işçiləri arasında yaranan gərginlikdən sonra əraziyə polis gəlib.
Günay