Xəbər lenti

Dostunun maşınını qarət edən keçmiş FHN əməkdaşı həbs edildi
Ölkə 09:46 31.05.2025

Dostunun maşınını qarət edən keçmiş FHN əməkdaşı həbs edildi

Gədəbəydə Fövqəladə Hallar Nazirliyinin (FHN) keçmiş əməkdaşı dostunun avtomobilini qarət edib.

Qaynarinfo-nun Oxu.Az-a istinadən məlumatına görə, hadisə rayon mərkəzində baş verib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olan Nicat İsgəndərov üç uşaqla həyat yoldaşından boşanıb və ona aylıq aliment verməyə başlayıb.

Alimenti ödəyə bilməyən N.İsgəndərov bir müddət sonra işdən çıxıb və dostu Rəfailin avtomobilini idarə etməyə başlayıb. O, tez-tez Rəfailin "Hyundai Santa Fe" markalı avtomobilini idarə edirmiş.

Rəfail bir neçə dəfə Nicatın yanında avtomobilin yük yerindəki çantadan pul götürüb.

Növbəti dəfə Nicat aliment ödəməyə pul tapmadığı üçün Rəfailin avtomobilini qarət etmək qərarına gəlib. Bu məqsədlə o dostundan avtomobili istəyib və bir neçə yerə gedəcəyini bildirib.

Dostu isə Nicata inandığından ona yox deməyib.

Dostunun avtomobilini götürən Nicat şəhər mərkəzinə gələrək orada maşındakı çantanı açıb və həmin çantadan külli miqdarda pul və qızıl götürərək çantanı yerinə qoyub.

Səhəri gün Nicat maşını dostuna təhvil verəndə Rəfail maşına baxıb, pul və qızılların oğurlandığını görüb. O bu barədə Nicata məlumat versə də, Nicat oğurluğu boynuna almayıb. Rəfail Nicatla birlikdə polisə gedib və ərizə yazıb.

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Nicatın onun avtomobilindən oğurluq etdiyi məlum olub. Həmçinin araşdırmalarla Rəfailin avtomobildən 12 min manatlıq pul və qızıl əşyalar oğurlandığı məlum olub.

Nicat saxlanılıb, faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Nicat İsgəndərov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->