Xəbər lenti

Doğuş zamanı komaya düşən qadın ayıldı - FOTO
Ölkə14:46 11.06.2016

Doğuş zamanı komaya düşən qadın ayıldı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda əkiz uşaqları dünyaya gətirdikdən sonra komaya düşən İrina Palikarpova özünə gəlib. ANS PRESS-in məlumatına görə, bu barədə İrinanın həyat yoldaşı Anton Palikarpov öz şəxsi "Facebook" səhifəsində yazıb.
"Bu gün həkimlər İrinadan süni nəfəs aparatını çıxardılar. Amma hələ həkimlərin istədiyi kimi nəfəs ala bilmədiyinə görə ona maska taxıblar. İrinaya övladlarımızı göstəriblər, o da uşaqların atalarına bənzədiyini deyib. Əhvalı yaxşıdır. Bizə dəstək olan hər kəsə təşəkkür edirik", - deyə o yazıb.
Anton
Anton Palikarpovun "Facebook" səhifəsi
İrina Palikarpova iyunun birində Bakıda yerləşən özəl klinikaların birində əməliyyatla əkiz övladlar dünyaya gətirib. Bundan sonra ana komaya düşüb. Hadisədə qadının qohumları həkimi günahkar bilirlər. İddiaya görə, həkim əməliyyat zamanı körpələrdən birinin bədənini də kəsib. Bundan əlavə o, əməliyyatı yarımçıq qoyaraq xəstəxanadan qaçıb. 
Əməliyyatı türk həkim Öndər Tulumbacı edib. O, hadisə ilə bağlı açıqlama verərək baş verən insidentin onunla heç bir əlaqəsi olmadığını və bunun atonik qanaxmadan baş verdiyini bildirib.
Həkimin sözlərinə görə, bu, mində-bir ola biləcək hadisədir. Əsasən, döl böyük olan və əkiz uşaqlarda baş verir. Bu zaman dərhal ananın uşaqlıq və yumurtalıqları amputasiya olunur və ona qan vurulur. Əks halda, ana ölə bilər. Həkim də ölümün qarşısını almaq üçün bu prosedurları həyata keçirib. 
Öndər
Öndər Tulumbacı - həkim
Qaynarinfo.az