
Azərbaycanda doğuş zamanı növbəti ana ölümü baş verib.
Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Qubada baş verib. Qusar rayon sakini, Zərnişan Dəmir qızı Aslanova dünyasını dəyişib.
İlkin məlumata görə, doğuş üçün Quba Rayon Perinatal Mərkəzinə gətirilən xəstədə qanaxma baş verib. Nəticədə onun vəziyyəti pisləşib və qısa müddət sonra keçinib.
Ananın dünyaya gətirdiyi körpə sağdır.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info