Xəbər lenti

Doğuşa qədər hamilə olduğunu bilməyib - Bakıda qeyri-adi hadisə
Ölkə18:52 16.01.2017

Doğuşa qədər hamilə olduğunu bilməyib - Bakıda qeyri-adi hadisə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda qeyri adi hadisə yaşanıb. Qaynarinfo.Az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, 39 yaşlı qadın 9 ay boyunca hamiləliyindən xəbərsiz olub. 
Nailə Ramazanova hamilə olduğunu 9 ay sonra bilib. Nəfəs darlığı şikayəti ilə həkimə müraciət etdikdə əsl səbəb ortaya çıxıb və xəstə dərhal keysəriyyə əməliyyatına alınıb. Sürpriz uşaq bütün ailənin sevincinə səbəb olub.
Xəstəni əməliyyat edən Natiq Məhərrəmov qeyd edir ki, qadın 9 ay boyunca həkim müayinəsindən keçməsə də bu, hamiləliyin gedişatına mənfi təsir etməyib.
Ana 2 səbəbdən hamiləliyindən bixəbər olub. Belə ki, Nailə xanım daha əvvəl ginekoloji problem yaşadığından problemin davam etdiyini düşünüb, eyni zamanda çəkisi onun hamiləliyini gizlədib.
9 ay müddətində varlığından heçkəsin xəbəri olmasa da hazırda ananın da körpənin də vəziyyəti yaxşıdır. 
Qaynarinfo.Az