Xəbər lenti

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri oldu
Ölkə18:29 24.08.2026

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri həyata keçirilib.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, Komitənin Aparat rəhbəri Qasım Əliyev tutduğu vəzifədən azad edilərək sədrin müşaviri təyin olunub.

Sədrin müşaviri Səbuhi Əliyev Komitənin Aparat rəhbəri, Aparat rəhbərinin müavini Zaur Əliyev isə Beynəlxalq əlaqələr şöbəsinin müdiri təyin edilib.

Eyni zamanda, Aparat rəhbərinin müavini vəzifəsi ləğv olunub.

Komitədən məlumatı təsdiqləyiblər.