Xəbər lenti

Doxsan iki il sonra Azərbaycana gətirilən zubrlar (FOTO/VİDEO)
Ölkə14:28 13.12.2021

Doxsan iki il sonra Azərbaycana gətirilən zubrlar (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-2020-ci illər ərzində Avropadan Azərbaycana 17 baş zubr gətirilərək Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisində təbiətə buraxılıb".
Bunu "Report"a açıqlamasında Şahdağ Milli Parkının direktor müavini Cəlil Rzayev deyib.
O bildirib ki, hazırda parkda olan zubrların sayı 29 başdır: "Zubrların son nəsli Cənubi Qafqazda 1937-ci ildə kəsilib. Təkrar olaraq İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Avropadan Azərbaycana zubrlar gətirilib. Hazırda Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisində 29 baş zubr var və təbiətimizə tam olaraq uyğunlaşıb”.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/HCK9mJwVkkQ" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">