Xəbər lenti

Dörd azərbaycanlının başı kəsilib
Ölkə13:00 08.05.2015

Dörd azərbaycanlının başı kəsilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Mən Azərbaycandan Suriyaya gəlmiş dörd nəfərin edamına şahid oldum. Onları kürdlərə casusluq etməkdə ittiham etdilər və mənim gözlərim önündə başlarını kəsdilər".

Anspress-in məlumatına görə, bunu Suriyada döyüşlərdə iştirak etmiş Tacikistan vətəndaşı Fərrux Şərifov deyib. 25 yaşlı tacik bildirib ki, öz əməllərindən peşmandır: 

"Mən sosial şəbəkədə rus qızla danışırdım. O mənim Suriyaya getməyimə imkan yaratdı. Mən Moskvaya, ordan isə Türkiyə vasitəsilə Suriyaya yollandım", - deyə F.Şərifov söyləyib. 

Qeyd edək ki, Suriyada, Əfqanıstanda və Pakistanda müxtəlif terror qruplaşmalarının sıralarına azərbaycan əsilli insanlar da cəlb olunub. Hesablamalara görə, indiyə kimi terror qruplaşmalarına 300-dən çox azərbaycanlı qatılıb. Son üç il ərzində Suriyada təxminən 200 azərbaycanlı terrorçu həlak olub.

Qaynar.info