Xəbər lenti

Dörd rəis işdən çıxarıldı
Ölkə11:37 14.11.2014

Dörd rəis işdən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 4 rayon şöbəsinin rəisi işdən çıxarılıb. 
Qaynar.info APA-ya istinadən xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, xidmətin İmişli və Saatlı rayon şöbələrinin rəisləri yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir və Gəncənin Kəpəz rayon şöbələrinin rəisləri isə tutduqları vəzifədən azad edilərək sərəncama götürülüblər.
Qaynar.info