
Şəmkir rayonunda dördmərtəbəli binanın 3-cü mərtəbəsində mənzildə qaz sızması baş verib.
Qaynar.info FHN-nin saytına istinadən xəbər verir ki, nəticədə vətəndaşa məxsus ümumi sahəsi 46 kv.m olan 1 otaqlı mənzilin mətbəxində partlayışdan pəncərə-qapı uçmuş mənzil deformasiyaya uğrayıb. Partlayış nəticəsində 2-ci mərtəbə mənzildə köməksiz vəziyyətdə qalmış vətəndaş və iki azyaşlı yanğınsöndürənlər tərəfindən mənzildən çıxarılıblar.
Qaynar.info