Xəbər lenti

DSD İB təşəbbüsə qoşulur: Türkiyəni yaşıla bürüyək
Ölkə10:54 09.08.2021

DSD İB təşəbbüsə qoşulur: Türkiyəni yaşıla bürüyək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qardaş Türkiyədə baş verən meşə yanğınlardan bizlər də sarsıldıq. Faciəni öz faciəmiz kimi qəbul etdik. Hələ də o ağrının təəssüfünü edir, tüstüsünə boğulur, atəşinə yanı, zəhər dolu havasını cigərlərimizə çəkirik. 
Bu sözləri Qaynarinfo-ya "Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri, şair-publisist, "Şamaxı” gəmisinin kapitanı Faiq Balabəyli deyib. O, hadisədə terror izi olduğunu düşündüyünü bildirib:
"Eyni vaxtda 100 ayrı məkanda yanğın çıxması bunun bir terror hadisəsi olması şübhəsini yaradır. 
Türkiyə, ağrınız-acınız ağrımız acımızdır, sevinciniz sevincimiz, gülüş payınız gülüşümüzdür. Çanaqqalada, Sarıqamışda birləşmiş azğın düşmənə, ondan da qabaq xaçlılara, səlib yürüşü edənlərə, bizanslılara qarşı necə birgə mübarizə aparmıdıqsa, 1918-ci ildə bolşevik-daşnaq (rus-erməni) birliyi Azərbaycanda hansı vəhşilikləri törətmişdisə və Qafqaz İslam Ordusunun həmləsinə tablamayaraq məğlub olmuşdularsa, bu gün də bu yanğını tərədənlər eləcə məğlub olacaq, uduzacqlar. Alovu ram etmək çətin olmaz, əlbəttə. Amma çörəyindən yeyib, suyundan içən, üzdə dost deyib, əl uzadıb, arxadan zərbə vuranlar, bu ekoloji terroru tərədənlər kişilikdən, kişi kimi düşmənçilik etməkdən qat-qat uzaq olanlardı, onun ağrısını çəkmək çətin olur. 
Azərbaycan bu alovun söndürülməsində etdiyi fədəkarlıqla dünyaya mesaj verdi: Biz daima Türkiyənin yanındayıq. Necə ki, 44 günlük Vətən müharibəsində Türkiyə Azərbaycanın haqlı səsinə səs verdi və köməyini əsirgəmədən ağzı köpüklənən çox dövlətlərə sarısını uddurdu.
Əziz dostlar, dənizçilər, vəhşiliyə yox deyənlər.
"Dənizçilərə Sosial Dəstək” İstima Birliyi, gözəl bir təşəbbüsa qatılır; Türkiyəmizi əvvəlki kimi yaşıllıqlara bürüyək.  
Bunun üçün hər birimiz 2-5 ağac fidanının alınmasında, çatdırılmasında yardıçmı olaq. Bu, ümumi düşmənlərimizə bir daha gözdağı olar. Sizlərin də fikrinizi bilmək istəyirik. DSD İB artıq qərarını verib.
Bir hesab nömrəsi açmaq, yaxud Türkiyə valiliyinin birinin hesab nömrəsinə orta hesabla 5 -10 azn köçürsək, bu xeyirxah işdə bizim də əməyimiz olar”.