Xəbər lenti

DSD Xəzərin çirklənmədən qorunması haqda kitab dərc etdi
Ölkə06:59 28.08.2024

DSD Xəzərin çirklənmədən qorunması haqda kitab dərc etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Dənizçilərə Sosial Dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində qalib olduğu "Xəzərin qorunması üçün təşəbbüslər" layihəsini uğurla həyata keçirir.
İctimai Birliyin Analitik-İnformasiya Bölümündən verilən verilən məlumatlara görə, DSD İB qalib olduqları layihə çərçivəsində "Xəzərin çirklənmədən qorunması” kitabını dərc etdirib. Tanınmış qələm adamı, AXDG QSC XDND-nin gəmi kapitanı Faiq Balabəylinin müəllifi olduğu kitab Azərbaycan Respyublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini maliyə dəstəyi ilə "Qanun” nəşriyyatında dərc olunub. 
200 sayla dərc olunan 144 səhiflik kitabın redaktoru Aytəkin Həmidli, korrektoru Əyyar Tahir, texniki redaktoru Xəyalə Əhmədovadır.
Kitabda Xəzər dənizində və eləcə də dünya sularında baş verən ekoloji terrorun, gəmilərdən və ətraf mühütdən dənizin çirklənməsinin, bu çirklənmənin insan sağlamlığına, təbitə dəyəcək ziyanlardan bəhs edilir. Çirklənmədən qurtulmağın yolları axtarılır.
Kitab vasitəsilə Xəzərdə və dünyanın ayrı-ayrı dəniz və okeanlarında baş verən gəmi qəzalarından sonra dünyanı ağuşuna alan ekoloji terrorun fəsadlarından və bunların insan həyatına vurduğu zərərlərin, yaranan xəstəliklərin əhatə dairəsi haqda da ətraflı məlumatları əldə etmək olar.
Xatırladaq ki, "Xəzərin qorunmasi üçün təşəbbüslər" layihəsi Azərbaycan Respyublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə baş tutur.
Lahiyənin rəhbəri DSD İB-nin sədri, peşəkar dənizçi, gəmi kapitanı, şair Faiq Balabəylidir.
Tural Balabəyli
DSD İB-nin layihə üzrəAnalitik-İnformasiya Bölümünün rəhbəri