Xəbər lenti

DSMF-nin Şamaxı rayon şöbəsinin sədri işdən çıxdı
Ölkə16:00 07.06.2018

DSMF-nin Şamaxı rayon şöbəsinin sədri işdən çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin sədri Xəlilov Tərlan Şahsuvar oğlu işdən çıxıb.
Qaynarinfo xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Fazil Talıbov "APA-Economics”ə faktı təsdiq edib.
F. Talıbov qeyd edib ki, T. Xəlilov iyunun 5-də tutduğu vəzifəni öz ərizəsi ilə tərk edib: "Hazırda onun vəzifəsini Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin sədr müavini Tural Qasımov icra edir”.