Xəbər lenti

DSMF-nin vəzifəli şəxsi vəfat etdi
Ölkə06:34 16.08.2021

DSMF-nin vəzifəli şəxsi vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinin müdiri Ağavaleh Ağayev vəfat edib.
"Qafqazinfo”nun məlumatına görə, 1963-cü təvəllüdlü şöbə müdirinin ölümü qəfil baş verib. O, ötən gün ürəktutmadan dünyasını dəyişib.
Qeyd edək ki, A. Ağayev 3 ilə yaxındır ki, sözügedən vəzifəni icra edib. Bundan əvvəl Astara Gömrük İdarəsində fəaliyyət göstərib. 2007-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə medalı” ilə təltif edilib.