Xəbər lenti

DSX-dan Ermənistan tərəfdə planlaşdırılan təxribatla bağlı xəbərdarlıq
Ölkə16:18 25.07.2023

DSX-dan Ermənistan tərəfdə planlaşdırılan təxribatla bağlı xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əldə edilmiş məlumata əsasən, "Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində iyulun 26-da Ermənistan tərəfindən müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkaranə şəkildə növbəti təxribat əməli planlaşdırılır.
Bu barədə Qaynarinfo Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
"Ermənistan tərəfini bu kimi təxribat məqsədi daşıyan və vəziyyətin gərginləşməsinə xidmət edən əməllərdən çəkinməyə çağırırıq. Bir daha bildiririk ki, mümkün təxribat əməllərinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşəcəkdir”, - deyə məlumatda bildirilib.