Xəbər lenti

DSX-dən erməni təxribatına cavab
Ölkə15:34 25.05.2021

DSX-dən erməni təxribatına cavab

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Sərhəd Xidməti Ermənistan-Azərbaycan dövlət sərhədində Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə yaydığı məlumata münasibət bildirib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Qaynarinfo-ya bildirilib ki, 25 may 2021-ci il tarixində Ermənistan ilə dövlət sərhədində Azərbaycan sərhədçiləri tərəfindən qarşı tərəfə atəş açılmayıb.