Xəbər lenti

DSX-nin hərbçilərinin maaşları 20 faiz artırıldı
Ölkə07:48 07.11.2023

DSX-nin hərbçilərinin maaşları 20 faiz artırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb.
Qaynarinfo-nun xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.
Fərmanla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.
Nazirlər Kabineti Fərmandan irəli gələn məsələləri həll etməli, Dövlət Sərhəd Xidməti və Maliyyə Nazirliyi Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.