Xəbər lenti

DSX-nin Xüsusi Məktəbinə keçirilən imtahanın nəticələri açıqlandı
Ölkə18:20 27.08.2020

DSX-nin Xüsusi Məktəbinə keçirilən imtahanın nəticələri açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət İmtahan Mərkəzi Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına və Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün bu gün – avqustun 27-də keçirilən imtahanların nəticələrini elan edib.
Mərkəzdən Qaynarinfo-ya bildirilib ki, imtahanda iştirak edənlər aşağıdakı linklər vasitəsilə imtahan nəticələri və "cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər:
Feldşer ixtisasına qəbul imtahanının nəticələri;
DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri.
İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Feldşer ixtisasına qəbul imtahanında iştirakı nəzərdə tutulan 66 nəfərdən 3 nəfər, DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanında isə iştirakı nəzərdə tutulan 1150 nəfərdən 61 nəfər imtahana gəlməyib.
Qeyd edək ki, bu gün keçirilən digər 2 imtahan – Azərbaycan dili (dövlət dili kimi) və Sabah qruplarına qəbul imtahanlarının nəticələri də yaxın 2 gün ərzində elan olunacaq.