Xəbər lenti

DTX Bakı aeroportunda əməliyyat keçirdi: mütəşəkkil dəstə saxlanıldı
Ölkə12:56 06.02.2019

DTX Bakı aeroportunda əməliyyat keçirdi: mütəşəkkil dəstə saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Heydər Əliyev Beynəlxalq Hava Limanında əməliyyat keçirib.
Qaynarinfo xəbər verir ki, keçirilən əməliyyat nəticəsində Türkiyədən Azərbaycana qaçaqmal daşıyan dəstə saxlanılıb.
Məlum olub ki, mütəşəkkil dəstə Türkiyədən Azərbaycana gömrük nəzarətindən kənar dərman preparatları keçirirmiş.
Mütəşəkkil dəstə Türkiyədə aeroportda nəzarətdən yayınsa da, Azərbaycanda ələ keçib.
Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.