Xəbər lenti

DTX Bakıda xüsusi əməliyyat keçirdi - FOTOLAR
Ölkə13:38 08.12.2016

DTX Bakıda xüsusi əməliyyat keçirdi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, eləcə də Səbail Rayon İcra Hakimiyyəti tərəfindən dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi 3 ünvanında yerləşən Badamdar qəsəbə dini icmasına baxış keçirilib.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, baxış zamanı "Dini etiqad azadlığı haqqında” qanunun müvafiq maddələrinin pozulduğu aşkarlanıb.
Oradan DQİDK-nın müvafiq razılığının olmadığı 59 ədəd dini təyinatlı ədəbiyyat, 19 ədəd videokaset, 27 ədəd DVD və 80 ədəd CD götürülüb. İcmada özündə xurafat elementləri ehtiva edən əşyalar da aşkarlanıb. Hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliyin tələblərinə uyğun araşdırmalara başlanılıb.
***
DTX və DİN-in birgə keçirdiyi əməliyyatın bəzi məqamları ortaya çıxıb. 
Lent.az-ın əldə etdiyi məlumata görə, əməliyyat keçirilən obyekt 2002-ci ildən qanunsuz şəkildə "məscid-mədrəsə" kimi fəaliyyət göstərirmiş. İcmanın başçısı Seyidov Asin Ərəş oğludur. 
Onun rəhbərliyi ilə "məscid-mədrəsə"də "İmam Xomeyni Kursu" tədris edilməklə Azərbaycanda qadağan olunmuş dini baxışlar təbliğ olunurmuş. 
Onu da qeyd edək ki, məsələ ilə bağlı cinayət işi başladılması üçün araşdırmalar aparılır. 
Qaynarinfo.Az