Xəbər lenti

DTX bu icra hakimiyyətində əməliyyat keçirir - Saxlanılanlar var (YENİLƏNİB)
Ölkə09:05 05.05.2020

DTX bu icra hakimiyyətində əməliyyat keçirir - Saxlanılanlar var (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının İmişli Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı bir neçə vəzifəli şəxsin saxlanıldığı bildirilir.
Qaynarinfo Modern-az-a istinadən xəbər verir ki bu barədə İmişli Rayon İcra Hakimiyyətindəki mənbələr məlumat veriblər. Günün sonunda rəsmi məlumatın yayılacağı qeyd olunur.
 
 *12:22
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirir.
Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, İmişli RİH başçısı Vilyam Hacıyevin otağında axtarış aparılır.
Əməliyyat barədə hələlik rəsmi məlumat açıqlanmayıb.