Xəbər lenti

DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirdi -  Nazirin birinci müavini saxlanıldı (YENİLƏNİB)
Ölkə08:43 01.11.2022

DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirdi -  Nazirin birinci müavini saxlanıldı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib.
"Report”un məlumata görə, əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və digər vəzifəli şəxslər saxlanılıb.
Hazırda əməliyyat davam edir.
Qeyd edək ki, E.Əliyev 2021-ci ilin sentyabr ayından mədəniyyət nazirinin birinci müavini vəzifəsində çalışır.
Xatırladaq ki, DTX 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi. Həmin vaxt nazir müavini Rafiq Bayramov saxlanılmışdı.
 12:43
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirir.
APA xəbər verir ki, əməliyyat zamanı vəzifəli şəxslərin saxlanıldığı bildirilir.
Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.