Xəbər lenti

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət etdi
Foto 13:25 20.01.2025

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət etdi

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib

Qaynarinfo xəbər verir ki, 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin hüznlə yad edib, məzarları üzərinə qərənfillər düzüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından "Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Şəhidlər xiyabanında dəfn edilmiş təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da  ziyarət olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->