Xəbər lenti

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət etdi (FOTO/VİDEO)
Video 15:23 20.01.2026

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət etdi (FOTO/VİDEO)

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə Qaynarinfo-ya DTX-nin Mətbuat xidmətindən məlumat verilib.

DTX-nin əməkdaşları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini dərin hüznlə anıblar.

Daha sonra DTX-nin şəxsi heyəti adından "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub, Şəhidlər xiyabanında dəfn edilmiş Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunub.
 

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->