Xəbər lenti

Dubaya qadın göndərən transseksual həbs edildi
Ölkə20:21 05.09.2016

Dubaya qadın göndərən transseksual həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qadın alverində təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib.
Musavat.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Nəzrin İbrahimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən qapalı prosesdə hökm oxunub. N.İbrahimli 9 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. N.İbrahimli həbs edilərkən onun anasının halı pisləşib.
N.İbrahimli Azərbaycandan Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) qadın aparmaqda təqsirli bilinirdi. 
Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər şikayətlərini geri götürüblər. Bildirək ki, onlar istintaqa ifadələrində N.İbrahimlidən şikayətçi olduqlarını bildirmişdilər. 
Onu da əlavə edək ki, işlə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan N.İbrahimli barəsində həbs-qətimkan tədbiri seçilməmişdi.
Həbs edilən şəxsin transseksual olduğu bildirilir.
Qaynarinfo.Az