Xəbər lenti

Dubaydan Bakıya 10 qızıl külçə gətirdi (FOTO)
Ölkə 10:54 03.09.2025

Dubaydan Bakıya 10 qızıl külçə gətirdi (FOTO)

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bu barədə Qaynarinfo-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib. 

Belə ki, Dubay-Bakı aviareysi ilə gələn ölkə vətəndaşı şəxsi yoxlamaya cəlb olunub və onun üzərindən gömrük nəzarətindən gizlədilən ümumi çəkisi 712 qram olan 10 ədəd "Pamp” markalı qızıl külçə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->