Xəbər lenti

Dubaydan qızıl oğurlayan azərbaycanlılar yaxalandı
Ölkə11:40 29.03.2013

Dubaydan qızıl oğurlayan azərbaycanlılar yaxalandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dubaydan qanunsuz yolla gətirdikləri külli miqdarda qızıl zinət əşyalarının Kiyevin “Borispol” hava limanından keçirməyə cəhd edən Türkiyə və Azərbaycan vətəndaşları saxlanılıb.

APA-nın Ukrayna Dövlət Sərhəd Xidmətinin saytına istinadən verdiyi məlumatına görə, saxlanan şəxslərin pul və qızıl əşyaları oğurladığına görə Birləşmiş Ərəb Əmirliklərin polisi tərəfindən axtarışa verildiyi məlum olub. Kiyev polisi həmin şəxsləri hava limanında pasport yoxlaması zamanı saxlayıblar. Saxlanan şəxslərin üzərindən ümumi çəkisi 900 qram, ümumi dəyəri 39 000 ABŞ dolları təşkil edən 78 ədəd qızıldan hazırlanan məmulat tapılıb. 

Qaynar.info