Xəbər lenti

Dumanlı hava davam edəcək
Ölkə10:17 16.03.2013

Dumanlı hava davam edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son günlər ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraiti gözləniləndir və bu barədə öncədən xəbər verilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, əvvəldən xəbər verildiyi kimi ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur. Onun sözlərinə görə, proqnozlarda da səhər və axşam saatlarında ölkə ərazində dumanlı hava şəraitinin müşahidə olunacağı göstərilib: “Bu da mart ayı üçün xarakterikdir. Dumanlı hava şəraitinin bir neçə gün davam edəcəyi gözlənilir. Belə ki, sabahla və martın 18-də gecə və səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı ehtimalı var”.

Qaynar.info