Xəbər lenti

Dünən nəvəni, bu gün nənəsini vurdu - Şabranda
Ölkə18:56 09.06.2015

Dünən nəvəni, bu gün nənəsini vurdu - Şabranda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şabran rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 90 TE 363 dövlət nömrə nişanlı  “Lifan” markalı avtomaşın ötən gün Şabran rayon sakini, 2005-ci il təvəllüdlü Cavadova Yeganə Rəhman qızını vurub. 
Sürücü bu gün xəsarət alan azyaşlını yenidən tibbi müayinə üçün xəstəxanaya gətirib. Bu zaman maşını arxaya sürərkən azyaşlının nənəsi 1960-cı il təvəllüdlü Murtuzayeva Gülçöhrə Ağagül qızını vurub. Xəsarət alan nənə və nəvə xəstəxanaya yerləşdirilib.
Y.Cavadovanın vəziyyətinin qənaətbəxş, onun nənəsi G.Murtuzayevanın isə orta ağır olduğu bildirilir. Hadisədən sonra “Lifan”ın sürücüsü də şok keçirib. Tibb işçiləri tərəfindən ona da ilkin tibbi yardım göstərilib.
Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.//APA
Qaynar.info