Xəbər lenti

Dünəndən bəri qarlı havada 90 nəfər xəsarət alıb
Ölkə10:42 25.02.2025

Dünəndən bəri qarlı havada 90 nəfər xəsarət alıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 24 fevral tarixindən bu saata qədər 90 nəfər müraciət edib.
Bu barədə Qaynarinfo-ya Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub.
15 nəfər əməliyyat üçün stasionara qəbul edilib.