Xəbər lenti

Dünənki yanğın məşhur aparıcının evinə də ziyan vurub: "Evim su içindədir..."
Ölkə17:38 29.03.2017

Dünənki yanğın məşhur aparıcının evinə də ziyan vurub: "Evim su içindədir..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən Yeni Yasamalda yerləşən binada baş vermiş yanğında tanınmış teleaparıcı Vüsalə Kərimovanın da evinə güclü ziyan dəyib.

"Qaynar" Milli.az-a istinadən xəbər verir ki, aparıcı belə bildirib:

"Mənim evim 10-cu, qonşunun evi isə 11-ci mərtəbədədir. 11 mərtəbəli binanın 11 -ci mərtəbəsi yanıb. Yanğından evimə də ciddi ziyan dəyib. Bayaq təhqiqatdan gəlib qiymətləndirmə etdilər. Hardasa qiymətləndirmə 7 min manat yazdı. Üç otaq, bir mətbəx, dəhliz, hamam, ayaqyolu baxımsız haldadır. Bir sözlə evim su içindədir".

Qaynar.Az